media-inshot_20251031_210322345

Bildiyimiz kimi, Azərbaycan-Ermənistan liderləri bu ilin oktyabr ayında müxtəlif səviyyədə 4 dəfə görüşüblər. Bu cür təmasların ardından Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycan Prezidenti İlham Əliyevi, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı 2026-cı ilin mayında İrəvanda keçiriləcək “Avropa Siyasi Cəmiyyətinin sammit”ində iştirak etmək məqsədilə Ermənistana dəvət edib. 

Bəs Prezident İlham Əliyev dəvəti qəbul edə bilərmi?

Bu barədə Patrulaz.az-a öz fikirlərini bölüşən Milli Məclisin deputatı Aydın Hüseynov bildirib ki, Ermənistanın İlham Əliyevi sammitə dəvət etməsi sülhə doğru addım atmaq istəyinin göstəricisdir:

“Ermənistanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 2026-cı ildə İrəvanda keçiriləcək “Avropa Siyasi Cəmiyyətinin sammiti”nə dəvət etməsi Azərbaycanın regionda yaratdığı yeni reallıqların və sülh gündəliyinin təsdiqidir. Bu addım, İrəvanın diplomatik təcriddən çıxmaq və münasibətləri normallaşdırmaq istəyi kimi qiymətləndirilə bilər”.

media-inshot_20251031_210525336

Deputat, həmçinin vurğulayıb ki, dəvətin qəbul edilməsi İrəvan hökumətinin səmimiyyətindən asılıdır:

“Azərbaycan tərəfi üçün isə bu dəvətin qəbul edilməsi qərarı düşünürəm ki, Ermənistanın real addımlarına və sülh prosesində səmimiyyətinə bağlı olacaq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər