Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin bacanağı qadın işçisini DÖYÜB - İDDİA
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında xəstə baxıcısı döyülüb.
Patrulaz.az “Oxu.Az”a istinadən xəbər verir ki, iddiaya görə, xəstə baxıcısı xəstəxananın direktoru Həsən Hüseynov tərəfindən xüsusi amansızlıqla döyülüb. Qadın məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Faktla bağlı cinayət işinin başlandığı deyilir.
Bu barədə sosial şəbəkələrdə video yayılıb.
Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyevin bacanağı olduğu deyilir.






