Dövlət orqanlarının internet informasiya resurslarından istifadəsinin statistikası açıqlanıb
Ötən ay Azərbaycanda dövlət orqanlarının internet informasiya resurslarından istifadəsi zamanı 4 656 5000 URL əsaslı zərərverici bloklanıb.
Patrulaz.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə istinadən xəbər verir ki, mərkəzləşdirilmiş antivirus sistemi ilə bloklanan zərərvericilərin sayı 337 000, “Sandboxing” yolu ilə bloklanan zərərvericilərin sayı isə 19 383 təşkil edib.
Yanvar ayında dövlət orqanlarının internet informasiya resursları üzrə 635 müraciət daxil olub ki, onlardan 594-ünün icrası təmin edilib. Ümumilikdə dövlət qurumlarına 58 auditin nəticəsi barədə rapor göndərilib. Ay ərzində dövlət orqanlarına məxsus 1 yeni domen, 19 yeni subdomen qeydiyyata alınıb. Ay ərzində ümumilikdə 142 kiberhücum indikatoru aşkar edilərək bloklanıb ki, onlardan 43-ü monitorinq nəticəsində aşkar edilib. Ötən ay dövlət qurumlarından Xidmətə daxil olan 99 kiberhücum indikatoru bloklanıb, 7-si isə “false positiv” olması səbəbindən imtina olunub.