Döyülən 2 yaşlı uşağın anası hamilə imiş
Uşaqlara qarşı Ağdamda baş verən zorakılıq hadisəsi ictimaiyyətdə böyük narahatlıq yaradıb. Daha əvvəl məlumat verdiyimiz kimi, iki azyaşlı övladını döyən ata saxlanılıb, ağır xəsarət alan uşaqlar isə hazırda xəstəxanada müalicə olunurlar.
Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ana, Rəhimova Sevinc Telman qızı üçüncü övladına hamilədir.
Azyaşlıların atası Sadiq Rəhimov isə daha çox “TikTok”da etdiyi paylaşımlarla diqqət çəkir. Belə ki, onun sosial şəbəkədə paylaşdığı qəribə paylaşımlar izləyicilər tərəfindən də birmənalı qarşılanmır.







