DTX əməkdaşları 20 Yanvar Şəhidlərini andılar - FOTOLAR
DTX-nin əməkdaşları 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə Şəhidlər xiyabanını ziyarət ediblər.
Patrul.az xəbər verir ki, ziyarətdə iştirak edən – Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini dərin hüznlə anmışlar.
Daha sonra DTX-nin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulmuş, Şəhidlər xiyabanında dəfn edilmiş Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunmuşdur.







