media-img_6234

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Bu barədə Patrulaz.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətindən məlumat verilib.

Abidənin önünə gül dəstələri düzülüb, faciə zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.


Bənzər xəbərlər