Dubay dünyanın ən ağıllı şəhərləri arasında ilk 5-likdə yer alıb
“IMD Smart City Index 2025” qlobal miqyasda Dubay 4-cü yeri tutaraq rəqəmsal inkişaf və ağıllı idarəçilik sahəsində böyük nailiyyət əldə edib.
Patrulaz.az “The Express Tribune”ya istinadən xəbər verir ki, “IMD World Competitiveness Center”in açıqladığı reytinqdə şəhərlər rəqəmsal texnologiyaların həyat keyfiyyətinə təsiri üzrə qiymətləndirilib.
Dubay internet sürəti (86,5%), onlayn şəxsiyyət vəsiqəsi (85,4%) və tibbi xidmətlər (84,5%) kimi sahələrdə yüksək göstəricilər əldə edib.
Yollar və Nəqliyyat İdarəsinin sədri Mattar Əl Tayer bildirib ki, Dubay ağıllı mobillik sahəsində Sürix və Oslonu geridə qoyub.
Qeyd edək ki, Dubay bu nəticə ilə Yaxın Şərqdə ilk, dünya üzrə isə Sürix, Oslo və Sinqapur kimi qabaqcıl texnoloji şəhərləri geridə qoyaraq ağıllı şəhər sahəsində regional liderliyini bir daha təsdiqləyib.
Gülbəniz Səfərova






