Dünya bu Prezidentdən danışır: "Keçmiş sevgilisinin konsertinə qoşulub..."
Argentina Prezidenti Xavyer Milei ötən gün Gran Rex Teatrında keçirilən şouda səhnəyə çıxaraq mahnı oxuması ilə gündəm olub.
Patrul.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, Milei keçmiş sevgilisi, aktrisa və komediyaçı olan Fatima Florezin çıxış etdiyi gecədə sənətsevərlərlə bir araya gəlib.
Prezident səhnədə rahat və səmimi davranışı ilə diqqət çəkib. Belə ki, o, Florezin şousu fonunda sənətçi Sandronun mahnılarını ifa edib.
Sosial şəbəkələrdə tərəfdarları Mileinin bu gözlənilməz performansını tərifləyərkən, tənqidçilər onun rəsmi prezident imicini səhnədə mahnı oxumaqla birləşdirməsini “uyğunsuz” adlandırıblar.
Qeyd edək ki, Fatima Florez Argentinada teatr və təqlid şouları ilə məşhurdur və hətta keçmişdə şoularında Mileinin təqlidini də edib. Cütlük 2023-cü ildən 2024-cü ilə qədər birlikdə olub və bu hadisə onların münasibətini xatırladan romantik, eyni zamanda şou görünüşlü an kimi yadda qalıb.
Argentina mətbuatı artıq bu performansı “prezidentlik və şou biznesinin gözlənilməz görüşü” kimi şərh edir.






