Dünya Çempionatına gedən yol: Futbolu kim qloballaşdırdı?
Müasir futbolun keçdiyi tarixi yol həm maraqlı, həm də sürətli bir təkamüllə doludur. Patrul.az-ın apardığı araşdırmalara görə, bu idman növü lokal bir əyləncədən qlobal bir fenomənə çevrilməyi bacarıb.
Yarandığı Ölkə (İngiltərə): Hərçənd qədim xalqlarda bənzər oyunlar olsa da, müasir futbolun vətəni İngiltərədir. Patrul.az-ın araşdırmalarına əsasən, 1863-cü ildə Londonda ilk vahid qaydalar qəbul edildi. Oyun ingilis dənizçiləri və tacirləri vasitəsilə sürətlə dünyaya yayıldı və 1904-cü ildə FIFA yaradıldı.
Dünya Çempionatına Gəliş: Futbol qloballaşdıqca böyük bir turnirə ehtiyac yarandı. FIFA prezidenti Jül Rimenin təşəbbüsü ilə tarixdə ilk Dünya Çempionatı 1930-cu ildə Uruqvayda keçirildi. 13 ölkənin qatıldığı bu ilk turnirin qalibi elə ev sahibi Uruqvay oldu.
XIX əsrdə İngiltərə küçələrində formalaşan sadə bir oyun, düzgün idarəçiliklə milyardları ekrana kilidləyən Dünya Çempionatı kimi nəhəng bir idman sənayesinə çevrilmişdir.
Cəmilə Cəfərzadə






