media-810x457-2026-kirilma-noktasi-olacak-yapay-zekaya-trilyonlarca-dolar-harcanacak-1779187935754

Qlobal süni intellekt (Sİ) xərcləri bu il proqnozları üstələyərək 2,59 trilyon dollara çatacaq.

Patrul.az xəbər verir ki, bu barədə ABŞ-nin nüfuzlu “Gartner” tədqiqat şirkətinin bu gün yayımladığı hesabatda məlumat verilib.

Bildirilib ki, 2026-cı il qlobal texnologiya bazarında əsas dönüş nöqtəsi olacaq.

Müstəqil qərarlar qəbul edə bilən Sİ agentlərinin (Agentic AI) sürətlə yayılması investorların marağını kəskin artırıb. Bu tendensiya qısamüddətli artım proqnozlarını 110 faiz yüksəldib və təkcə bu il sahəyə əlavə 6 milyard dollar vəsait gətirib.

Hesabata görə, 2026-cı ildə qlobal Sİ xərclərində illik 47 faiz artım qeydə alınacaq.

“Gartner”in baş analitiki Con-Devid Lovelok bildirib ki, qlobal vəsaitlərin 45 faizindən çoxu birbaşa data mərkəzləri, proqram təminatları və xüsusi Sİ serverləri kimi infrastruktur layihələrinə yönələcək.

Onun sözlərinə görə, indiyədək investisiyalar yalnız böyük texnologiya nəhəngləri tərəfindən idarə olunsa da, 2026-cı ildən etibarən ənənəvi böyük şirkətlər də kütləvi şəkildə Sİ xərclərini artırmağa başlayacaqlar.


Bənzər xəbərlər