media-e532cf2b-824d-4335-941c-2b7ce257101d

Çində ilk dəfə robotlarla insanların birgə iştirak etdiyi yarımmarafon keçirilib.

Patrulaz.az “Reuters”ə istinadən xəbər verir ki, Çində 20-dən çox robot insanlara qarşı yarışıb. Çinin Yizhuang rayonunda keçirilən yarışda bir neçə şirkət və universitetin komandaları öz humanoid robotlarını iştirak etdirib. Bu yarışda robotların performansı texnoloji cəhətdən təsirli olsa da, onların bir çoxu sonuna qədər yarışı bitirə bilməyib. Yəni insanlar yenə də bir çoxuna qalib gəlməyi bacarıb.

Yarışla bağlı Oreqon Dövlət Universitetinin professoru Alan Fern bu ifadələri işlədib: “Robotların vaxt limiti daxilində yarışın sonunda iddialı şəkildə tamamlamaları məni təəccübləndirdi. Heç birinin finish xəttini keçəcəyini düşünməzdim”.

Qeyd edək ki, yarışda finişə çatan ilk robot Pekin İnsanabənzər Robot İnnovasiya Mərkəzinin istehsalı olan Tiangong Ultra marşrutu 2 saat 40 dəqiqəyə tamamladı. Lakin bu zaman dünya rekordundan 2 saat artıq olub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər