media-img_9482

Hollandiyanın Lisse şəhərində yerləşən və dünyanın ən böyük lalə bağlarından biri olaraq xarakterizə edilən 32 hektarlıq Keukenhof bu il 76-cı dəfə qapılarını ziyarətçilərin üzünə açıb.

Patrulaz.az xarici mətbuata istinadən xəbər verir ki, bir çox lalə növünə ev sahibliyi edən Keukenhof bağı martdan may ayına qədər 8 həftə boyunca dünyanın hər yerindən gələn ziyarətçiləri qəbul edəcək.

Səlahiyyətlilər, Keukenhof bağını hər il təxminən 1 milyon 400 min insanın ziyarət etdiyini və lalələrin aprel ayının ortalarında ən gözəl formasına çatdığını bildirib.


Bənzər xəbərlər