Dünyanın ən hündür və ən balaca iti parkda görüşdürülüb - VİDEO
Bir tərəfdə boyuna görə balaca bir ata bənzəyən it, digər tərəfdə isə ovuc içi qədər balaca bir çihuahua. Onların dostluğu qeyri-adi ölçülərinə baxmayaraq, parkda maraqlı və səmimi anlara səbəb olub.
Patrulaz.az xəbər verir ki, “Ginnesin Rekordlar Kitabı”na düşən iki it: Aydahodan olan 1 metr hündürlüyündə Danimarka cinsli Reginald və Floridadan olan 9,14 santimetr boyunda Pearl iki günlük görüşdə bir araya gəliblər. Bu görüş Guinness tərəfindən təşkil olunub.
Pearl balaca olması ilə Rekordlar kitabına düşüb. O, 28,35 qram çəkidə doğulub. Hazırda Pearl 4 yaşındadır və boyu cəmi 3,59-smdır. Reginald isə 7 yaşındadır.
Ölçülərinə görə fərqlənən dostların görüşü izləyicilərə həm gülüş, həm də təəccüb yaşadıb. Onlar birlikdə oynayıb, iyləşib və heç bir fərqin dostluğa mane olmadığını bir daha sübut ediblər.
Qeyd edək ki, Pearl və Reginald “Ginnesin Rekordlar Kitabı” tərəfindən öz kateqoriyalarında dünyanın ən balaca və ən hündür iti kimi tanınıblar. Bu qeyri-adi dostluq heyvansevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Gülbəniz Səfərova