media-63598924-0a3c-48fc-9d03-51a17ef09583

Həbsxana deyəndə bir çoxlarının ağlına qaranlıq kameralar, sərt qaydalar və azadlığın əlindən alındığı dar məkanlar gəlir. Lakin dünyada elə həbsxanalar var ki, onlar klassik təsəvvürlərdən tamamilə kənara çıxır: ya öz tarixi ilə, ya içərisindəki şəraiti ilə, ya da idarəçilik prinsipləri ilə diqqət çəkir.

Patrul.az sizi dünyanın ən maraqlı və qeyri-adi həbsxanaları ilə tanış edir.

Alkatraz həbsxanası – “Qaçılmaz ada”

media-img_4483

ABŞ-ın San-Fransisko körfəzində yerləşən Alkatraz adası bir vaxtlar ölkənin ən təhlükəli cinayətkarlarının saxlandığı yer olub. Həbsxananın əsas özəlliyi okeanla əhatələnməsi və yüksək təhlükəsizlik tədbirlərinə malik olması idi. Deyilənə görə, buradan qaçmaq mümkün deyildi. Lakin 1962-ci ildə üç məhkumun müəmmalı qaçışı bu fikri dəyişdi və hadisə indiyədək sirr olaraq qalır. Alkatraz 1963-cü ildə bağlanıb və hazırda muzey kimi fəaliyyət göstərir.

Halden həbsxanası – Norveçin “insan mərkəzli” modeli

media-img_4485

Norveçin Halden şəhərində yerləşən bu həbsxana dünyanın ən “humanist” həbsxanası kimi tanınır. Burada məhkumlara insan kimi yanaşılır: onlar təhsil ala, musiqi və idmanla məşğul ola, hətta öz yeməklərini bişirə bilirlər. Məqsəd cəzalandırmaqdan çox, məhkumları reabilitasiya etmək və cəmiyyətə qaytarmaqdır. Norveçdə təkrar cinayətkarlığın çox aşağı olması da bu yanaşmanın nəticəsidir.

San Pedro həbsxanası – Boliviyanın divarları içində bir “şəhər”

media-5ddfc418-8323-4d00-8c71-4493b17b482e

Boliviyanın La Pas şəhərində yerləşən San Pedro həbsxanası əsl həbsxanadan çox kiçik bir şəhəri xatırladır. Məhkumlar burada ailələri ilə birlikdə yaşaya, iş qura və pul qazana bilirlər. Restoran, dükan, hətta uşaq məktəbi belə mövcuddur. Həbsxana qeyri-rəsmi qaydalar və daxili iqtisadi sistemlə idarə olunur. Bir vaxtlar turistlər gizli şəkildə “həbsxana turları”nda da iştirak edirdilər.

Arxipelaq həbsxanaları – Rusiyanın QULAQ mirası

media-img_4490

Sovet dönəmində Sibirdə yerləşən “QULAQ” əmək düşərgələri dünyanın ən sərt və ağır həbsxana sistemlərindən biri kimi tanınıb. Minlərlə insan amansız soyuq, aclıq və ağır əmək şəraitində həyatını itirib. Bu düşərgələr daha çox siyasi məhbuslarla dolu olurdu. Bu gün artıq mövcud olmasalar da, onların izi ədəbiyyatda və tarixdə yaşayır.

Aranxues həbsxanası – İspaniyada ailə modelinə əsaslanan həbsxana

media-photo-output

İspaniyanın Aranxues həbsxanası dünyada nadir görülən sistemi ilə seçilir: burada məhkumlar ailələri ilə birgə yaşaya bilirlər. 36 ailə kamerası olan bu müəssisədə uşaqlar azad şəkildə böyüyür və valideynlərindən ayrı qalmırlar. Məqsəd uşaqların psixoloji travma yaşamamasını təmin etməkdir.

İsrail – “Yaxşı həbsxana”ya düşmək üçün imtahan

media-img_4493

İsraildə həbsxana sisteminə tətbiq olunan yeniliklərdən biri xüsusi müəssisələrə qəbul üçün imtahanın keçirilməsidir. Burada həkim-psixiatrın rolu əsasdır. Bu cür həbsxanaya düşmək üçün öncədən hazırlıq tələb olunur – sistemin əsas məqsədi məhkumları düzgün mühitə yönləndirməkdir.

Cebu həbsxanası – Filippinin rəqs edən məhkumları

media-img_4494

Cebu adasındakı bu həbsxana musiqi və rəqsə əsaslanan reabilitasiya proqramı ilə məşhurdur. Məhkumların “Thriller” performansı “YouTube”da yayıldıqdan sonra dünya gündəminə düşüb. Bu metod aqressiyanı azaldır, psixoloji tarazlıq yaradır və məhkumların özünüifadəsinə imkan verir.

Cereso Chetumal – Meksikanın boksla idarə olunan həbsxanası

media-img_4495

Meksikadakı Cereso Chetumal həbsxanası daxilində boks meydançası mövcuddur. Məhbuslar arasında münaqişə yarandıqda tərəflərə boks əlcəkləri verilir və məsələ rinqdə həll olunur. 1100 məhbusun yaşadığı bu müəssisə yüksək idarəetmə sistemi, yaxşı şəraiti və dadlı yeməkləri ilə tanınır. Son 20 ildə burada heç bir zorakılıq hadisəsinin baş verməməsi də diqqət çəkir. Məhkumlar burada rəsm və sənətkarlıqla məşğul olub əşyalarını turistlərə sata bilirlər.

Dünyanın müxtəlif guşələrində yerləşən bu həbsxanalar göstərir ki, “cəza” anlayışı ölkədən ölkəyə fərqli formada tətbiq olunur. Bəziləri üçün həbsxana cəza yeri, digərləri üçün isə yenidən həyata dönüş imkanıdır. Lakin bütün bu qeyri-adi nümunələr sosial yanaşma, memarlıq və idarəetmə baxımından özünəməxsusluğu ilə seçilir.

Ləman Sərraf


Bənzər xəbərlər