media-a1bf07de-703d-4411-898f-baaadc347115

Bir zamanlar “dünyanın ən tüklü qızı” kimi tanınan taylandlı Supatra Sausuphan illər sonra tamamilə dəyişən görünüşü və yeni sevgilisi ilə yenidən gündəmə gəlib.

Patrulaz.az xəbər verir ki, “The Sun” nəşrinin məlumatına görə, Supatra 2010-cu ildə Ginnesin Rekordlar Kitabına “dünyanın ən tüklü qızı” kimi daxil olub. O, hipertrikoz adlı nadir genetik xəstəlikdən, yəni bədəndə həddindən artıq tük çıxmasına səbəb olan vəziyyətdən əziyyət çəkib.

Uşaqlıq illərində bütün üzü, qulaqları və bədəni qalın saçlarla örtülü olan Supatra o dövrdə belə deyirdi: “Saçlı olmaq məni xüsusi edir. Bu, həyatımın ən xoşbəxt günüdür”.

Artıq 25 yaşı olan Supatra bədənindəki tükləri mütəmadi olaraq təmizləyir və sosial media hesabında sevgilisi ilə birlikdə paylaşdığı xoşbəxt fotolarla diqqət çəkir.

Qeyd edək ki, o, əvvəlcə lazer epilyasiyası üsulunu sınayıb, lakin müalicə effektiv olmayıb. Daha sonra Supatra tük təmizləmə üçün təraş üsulunu seçib.

Uşaqlıqda görünüşünə görə “meymun siması” adlandırılan Supatra bu gün özünü güclü hiss etdiyini və həyatına yeni səhifə açdığını bildirir: “Yenidən başlamaq üçün heç vaxt gec deyil”.

Gülbəniz Səfərova

media-d4c51f41-5b02-495c-aa97-2546aabd3a25


Bənzər xəbərlər