Dünyanın ən uzun və ən qısa qadını bir araya gəldi - VİDEO
Dünyanın ən uzun qadını Rumeysa Gelgi ilə dünyanın ən qısa qadını Jyoti Amge İtaliyanın Milan şəhərində bir araya gəldi.
Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, dünyanın ən uzun və ən qısa qadını olan Rumeysa Gelgi və Jyoti Amge, 2024-cü ildəki ilk görüşmələrindən sonra İtaliyanın Milan şəhərində keçirilən “Lo Show Dei Record” tədbirində yenidən görüşdülər.
27 yaşlı Rumeysa Gelgi 2 metr 15 santimetr boyu ilə, 30 yaşlı Jyoti Amge isə 62,8 santimetr boyu ilə Ginnesin Dünya Rekorduna sahibdir.
Rumeysa Gelgi nadir rast gəlinən “Weaver” sindromu səbəbilə sürətlə uzanan sümük quruluşuna malikdir və gündəlik həyatında əlil arabasından istifadə edir. Jyoti Amge isə cücəlik növlərindən biri olan “akondroplaziya” ilə yaşayır.
Hər iki qadın, Ginnesin Dünya Rekordlarının 70 illik yubiley kitabında yer alaraq “ikon” statusunu qazanıblar.
Ləman Sərraf






