Düşüncələri danışığa çevirən cihaz icad edildi
ABŞ-ın Kaliforniya Berkeley və Kaliforniya San Fransisko universitetlərindən olan tədqiqatçılar, iflic keçirmiş şəxslərin beyin siqnallarını səsə çevirə bilən bir cihaz hazırlayıblar.
Patrulaz.az “Posta gazetesi”nə istinadən xəbər verir ki, bu sistem beyin-kompüter interfeysi (BCI) adlanan texnologiyaya əsaslanır və süni intellektlə dəstəklənir. Beyinə daxil olan siqnalları 1 saniyədən də az vaxtda səsə çevirə bilir və insanın öz səsinə bənzər danışıq formaları yaradır.
Danışmaq qabiliyyətini itirmiş 47 yaşlı bir iflic xəstəsinin düşüncələri bu interfeys vasitəsilə real vaxtda səsli sözlərə çevrilib.
Ləman Sərraf