Efirdə canlı debat zamanı çıxış edən rəsmi qəfil öldü - VİDEO
Argentinalı keçmiş konqresmen və Radikal Vətəndaş Birliyi Partiyasının namizədi Hernan Damiani canlı yayımda debat zamanı infarkt keçirərək vəfat edib.
Patrulaz.az xarici KİV-ə istinadən xəbər verir ki, görüntülərdə proqramın ilk dəqiqələrində rəsmi yıxılaraq huşunu itirir. Bundan sonra ona ilkin tibbi yardım və ürək masajı göstərilir.
Lakin bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Hernan Damiani 26 oktyabr tarixində Misiones əyalətində keçirilən seçkilərdə iştirak edəcəkdi.






