Əfqanıstan bəzi sosial media platformalarına da məhdudiyyətlər qoydu
Əfqanıstanda bir sıra sosial media platformalarına qoyulan məhdudiyyətlər ölkə vətəndaşlarının narazılığına səbəb olub.
Patrulaz.az “BBC”yə istinadla xəbər verir ki, Taliban hökuməti “Facebook”, “Instagram” və “X” platformalarındakı bəzi məzmun növlərini məhdudlaşdırmaq üçün xüsusi filtrlər tətbiq edib.
Məlumata görə, rejim “Instagram”a da girişi məhdudlaşdırıb.
Qeyd edək ki, Əfqanıstanda internet və telekommunikasiya xidmətlərinin 48 saatlıq kəsilməsi həm biznes fəaliyyətini, həm də uçuşları dayandırıb. Bu vəziyyət fövqəladə xidmətlərə çıxışı da əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.






