media-inshot_20260127_171737739

Qadınlar üzərində ağır qaydaları ilə seçilən Əfqanıstan hökuməti ölkənin təhsil sisteminə ciddi zərbə vuran qərar qəbul edib.

Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, ölkənin Taliban rejimi qadın və qızların məktəbə getməsini birdəfəlik qadağan edib.

Beynəlxalq təşkilatlar bildirirlər ki, bu vəziyyət ölkənin iqtisadi inkişafına, səhiyyəsinə və sosial rifahına ciddi mənfi təsir göstərəcək.

UNESCO-nun məlumatına görə, Taliban hakimiyyətə gəldikdən sonra qəbul edilmiş qaydalara əsasən təxminən 2,2 milyon qız məktəbdənkənar təhsildən məhrum qalıb.

Məlumata görə, hökumət qızların təhsili ilə bağlı qadağaları tətbiq etsə də, əhalinin böyük əksəriyyəti onların təhsilini qətiyyətlə dəstəkləyir və təhsil hüquqlarının bərpa olunmasını istəyir.

Taliban rejimi isə açıqlamalarında “uyğun mühit olmadan təhsil təmin edilməməlidir” kimi ifadələr işlədirlər.

Qeyd edək ki, Əfqanıstan bu qərarı ilə qızların təhsil hüququnun tamamilə rədd edildiyi yeganə ölkə kimi tarixə düşüb.

Gülbəniz Səfərova


Bənzər xəbərlər