media-inshot_20251225_194401631

Son illərdə rəqəmsallaşmanın sürətlənməsi ilə elektron müqavilələrin istifadəsi genişlənsə də, cəmiyyət arasında bu müqavilələrə münasibət hələ də birmənalı deyil. Bir çox insanlar elektron müqaviləni ənənəvi kağız üzərində bağlanan müqavilə ilə müqayisədə daha az etibarlı hesab edir, xüsusilə də onun ləğvi, sübut qüvvəsi və hüquqi müdafiə mexanizmləri ilə bağlı tərəddüdlər yaşayırlar. Elektron imzanın mahiyyəti, müqavilənin sonradan dəyişdirilməsi ehtimalı və hüquqların necə qorunması məsələləri bu narahatlıqları daha da artırır. Məhz bu baxımdan, elektron müqavilə ilə kağız (ənənəvi) müqavilə arasında hüquqi fərqlər nələrdir və elektron müqavilənin ləğvi halları ilə kağız müqavilədəki hüquqi qorunma fərqləri necə müəyyən olunur?

Bu barədə vəkil Anar Qasımlı Patrul.az-açıqlamasında bildirib ki, elektron və ənənəvi kağız müqavilələr məzmun və hüquqi qüvvə baxımından eyni hüquqi statusa malikdir; fərq yalnız imza üsulundadır:

media-img-20251225-wa0074

“Elektron müqavilə ilə ənənəvi kağız üzərində bağlanan müqavilə arasında mahiyyət etibarilə heç bir fərq yoxdur. Fərq yalnız imza üsulundadır: biri elektron imza vasitəsilə, digəri isə adi əl imzası ilə imzalanır və elektron imza əl imzasına bərabər tutulur. Yəni məzmun baxımından bu müqavilələr arasında heç bir fərq mövcud deyil. Müqavilənin ləğvi, dəyişdirilməsi və ya ona əlavələr edilməsi ilə bağlı bütün məsələlər qanunvericiliklə eyni qaydada tənzimlənir. İstər elektron, istərsə də ənənəvi müqavilə forması olsun, hər ikisi eyni hüquqi rejimə tabedir və aralarında heç bir fərq yoxdur”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər