Emin Əmrullayev Latviya Basketbol Assosiasiyasının prezidenti ilə görüşüb
Azərbaycan Basketbol Federasiyasının (ABF) prezidenti Emin Əmrullayev və vitse-prezidenti Fərrux Mahmudov ölkəmizdə işgüzar səfərdə olan Latviya Basketbol Assosiasiyasının prezidenti Raymonds Veyonis və digər nümayəndələrlə görüşüb.
Patrulaz.az ABF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında basketbol üzrə təcrübə mübadiləsi və qarşıdakı planlar müzakirə edilib.
R.Veyonis ABF-nin uşaq basketbolunun inkişafına dair böyükmiqyaslı planları ilə tanış olaraq bu işləri yüksək qiymətləndirib. Bundan əlavə, 3×3 basketbolun qarşılıqlı olaraq ölkələr arasında sistemli inkişaf etdirilməsi də görüşün əsas müzakirə mövzularından biri olub.
Qeyd edək ki, görüşün sonunda tərəflər bir-birinə simvolik milli hədiyyələr verib, xatirə şəkilləri çəkdiriblər.