media-inshot_20260225_203657347

“İndi Azərbaycan elə güclüdür ki, əminəm, bundan sonra heç kim bizə qarşı torpaq iddiası ilə çıxış edə bilməz”.

Patrul.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənd şəhərinə köçmüş İlqar Həsənovun evində qonaq olarkən deyib.

“Ona görə də sülh, əmin-amanlıq olmalıdır, heç bir itki olmamalıdır. Amma bunu təmin etmək üçün güclü ordumuz da hər zaman olmalıdır. Biz bunu da edirik”, – deyə dövlət başçısı ev sahibləri ilə söhbətində vurğulayıb.

Xatırladaq ki, fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocavənd şəhərində görülən işlərlə tanış olub, sakinlərlə görüşüblər.


Bənzər xəbərlər