media-inshot_20260211_141648605

ABŞ-də Ceffri Epşteynin cinayət işi ilə bağlı aparılan araşdırmalar çərçivəsində onunla əlaqədə olmuş yüksək vəzifəli şəxslərlə bağlı faktlar ortaya çıxmağa davam edir. Məhkəmə instansiyalarında sənədlərin araşdırılması və əlaqələrin müəyyənləşdirilməsi prosesi davam edir.

Patrul.az xəbər verir ki, araşdırmalar zamanı ABŞ-nin dövlət katibi Hovard Lutnik Epşteynlə keçmişdə təmaslarının olduğunu təsdiqləyib.

Məlumata görə, Lutnik bu barədə Ticarət Nazirliyində keçirilən “Genişzolaqlı Rabitənin Paylanmasının Maliyyələşdirilməsinə Baxış” adlı dinləmədə çıxışı zamanı danışıb.

O bildirib ki, Epşteynlə ilk dəfə Nyu-Yorkda qonşu evə köçdükdən sonra tanış olub. Sonrakı 14 il ərzində isə onunla cəmi bir neçə dəfə görüşdüyünü qeyd edib: iki dəfə ilkin dövrdə, daha sonra altı il sonra bir dəfə və bir il yarım sonra yenidən.

Lutnik iddia edib ki, onun Epşteynlə əlaqəsi olduqca məhdud olub:

“Yəqin ki, milyonlarla sənəd arasında məni onunla əlaqələndirən bəlkə də 10 e-poçt var. 14 il ərzində onunla heç bir əlaqəm olmayıb. Həmin şəxslə demək olar ki, heç bir əlaqəm olmayıb”.

Rəsmi, həmçinin Epşteynin adasına ailəsi ilə birlikdə getdiyini təsdiqləyib. Onun sözlərinə görə, səfər zamanı həyat yoldaşı, dörd uşağı, dayə və başqa bir ailə də onlarla birlikdə olub. Lutnik bildirib ki, adada təxminən bir saat nahar etdikdən sonra oranı tərk ediblər:

“Düzdür, adada bir saat nahar etdik və sonra bütün uşaqlarım, dayələrim və həyat yoldaşımla birlikdə ayrıldıq”.

Dinləmə zamanı ona səfər çərçivəsində hər hansı uyğunsuz hal görüb-görmədiyi ilə bağlı sual da ünvanlanıb. Lutnik cavabında bildirib ki, adada gördüyü yeganə şəxslər Epşteyn üçün işləyən əməkdaşlar olub. O, həmçinin Epşteynin Nyu-Yorkdakı evində nahar etmədiyini deyib.

Epşteynlə bağlı bütün qeydləri açıqlamağa hazır olub-olmaması ilə bağlı suala isə Lutnik “Əlbəttə ki, gizlədəcək bir şeyim yoxdur” cavabını verib.

Araşdırmalar davam edir və məhkəmə sənədlərinin açıqlanması prosesinin növbəti mərhələlərdə yeni detalları üzə çıxara biləcəyi istisna edilmir.


Bənzər xəbərlər