media-inshot_20260211_234122690

Türkiyədə Rıfat Özdəmir adlı şəxs Ceffri Epşteynə bənzədildiyi üçün təzyiqlərə məruz qalıb.

Patrul.az xəbər verir ki, sosial şəbəkələrdə özünün yaydığı videoda Epşteynə bənzədildiyini deyən R. Özdəmir buna görə ona qarşı pis davranışlardan bezdiyini və müvəqqəti olaraq qaldığı evini tərk etdiyini söyləyib.

“Bütün bunlar məni narahat edir. İctimaiyyətin baxışlarından və qonşularımdan narahat olmağa başladım. Ən qısa zamanda Ankaraya qayıdacağam və bir həftə çölə çıxmayacağam. Vəziyyət sakitləşənə qədər evdən çıxmayacağam”, – deyə o söyləyib.

O, daha sonrakı açıqlamasında xalqına çağırış edərək, onu Epşteynə bənzətməmələrini xahiş edib. Hətta ondan fərqlənmək üçün özünə dəyişikliklər edəcəyini bildirib:

“Mən o insana bənzədilmək istəmirəm. Mən normal işində olan bir sadə vətəndaşam. İnsanlar bənzər yaradılıb, oxşarlıq ola bilər. Başıma gələn şanssız bir hadisədir ki, ona bənzədim. Yolda gedərkən insanlar mənə sərt baxışlarla baxırlar. Onların baxışları məni narahat edir. Epşteyni eşidən kimi insan narahat olur. Çünki o yaxşı biri deyil. Ona bənzədilmək də yaxşı bir şey deyil.  Xalqımdan xahiş edirəm ki, məni Epşteynə bənzətməyin. Bu saatdan sonra bütün dəyişiklikləri edəcəyəm – saçımı fərqli kəsdirəcəyəm, saqqal saxlayacağam”, – deyə R. Özdəmir əlavə edib.

Epşteyn kimdir?

1953-cü ildə Amerikanın Nyu-York şəhərində anadan olan Epşteyn uzun illər maliyyəçi və investor kimi tanınıb. Lakin sonradan onun azyaşlılara qarşı cinsi zorakılıq, insan alveri və fahişəlik şəbəkəsi yaratmaq kimi ağır cinayətlərdə ittiham olunduğu üzə çıxıb.

Nəticədə, 2019-cu ildə ikinci dəfə həbs edilən Epşteyn elə həmin il həbsxanada vəfat edib. Hazırda isə onun cinayət işi üzrə açılan sənədlərdə gözlənilməz faktlar ortaya çıxmağa davam edir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər