media-inshot_20250722_161317327

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisində (IDEF 2025) İsrailin Qəzzaya həyata keçirdiyi hücumlara münasibət bildirib.

Patrulaz.az “NTV”yə əsasən xəbər verir ki, Ərdoğan qeyd edib ki, humanitar yardımın Qəzzaya çatdırılmaması səbəbindən uşaqlar ağır vəziyyətdədir:

“Humanitar yardım gətirmələrinə icazə verilmədiyi üçün Qəzzada ac və arıq olan uşaqların əziyyət çəkməsi bizim narahatçılığımızdır”.

Dövlət başçısı əlavə edib:

“Əsas olan ticarətlə yanaşı qalıcı işbirliklərini inkişaf etdirməkdir. Türkiyə olaraq buna hazırıq. Güclər balansının yenidən təyin olunduğu bir dövrdən keçirik. Hər gün yeni bir böhrana oyanırıq”.

Qeyd edək ki, Ərdoğan Netanyahunu Hitleri də geridə qoyduğunu vurğulayaraq, bu hadisəyə susqun qalanların ortaq olduğunu bildirib.

“Netanyahu Hitleri belə geridə qoyub. İsrailin Qəzzaya hücumuna kim susarsa, ortaqdır”.


Bənzər xəbərlər