Ermənistan Rusiyadan konsulunu geri çağırdı
Ermənistan Yekaterinburq şəhərindəki fəxri konsulu Narek Spartakyanı geri çağırıb.
Patrulaz.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, bu qərarın səbəbi Spartakyanın ölkə rəhbərliyinin Erməni Apostol Kilsəsiə münasibəti və iş adamı Samvel Karapetyanın həbsi ilə bağlı mövqeyi ilə razılaşmamasıdır.
Spartakyan isə Rusiya mediasına açıqlamasında bildirib ki, o, Yekaterinburqda yaşayıb və yaşamqda davam edir, həmçinin fəxri konsul statusu olmadan da icma həyatına dəstək verməyə hazırdır.







