Ermənistan vətəndaşı 18 metr hündürlükdən axan Şaki şəlaləsini qırmızı rəngə boyadı - VİDEO
Ermənistanın Sisian şəhərində yaşayan A.O. adlı şəxs 18 metr hündürlükdən axan Sünik rayonunun Şaki şəlaləsini qırmızı rəngə boyayıb.
Patrulaz.az “Sputnik Armenian”a istinadən xəbər verir ki, mütəxəssislər şəlalədən götürdükləri su nümunələrini araşdırıblar.
Məlum olub ki, A.O. veldeynlərin uşağın cinsiyyətini müəyyənləşdirmək üçün şəlalədə keçirilən tədbir zamanı qida boyasından istifadə edərək suyu qırmızıya boyayıb.
Hadisənin görüntüləri yayıldıqdan sonra A.O. müəyyən edilib və saxlanılaraq tutduğu əmələ görə cərimələnib.
Gülbəniz Səfərova






