media-inshot_20260206_192533800

Ermənistanda parlament seçkilərinin tarixi müəyyənləşib.

Patrul.az “Sputnik Armenian”a istinadən xəbər verir ki, Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə İrəvanda bu ilin parlament seçkiləri 7 iyunda keçiriləcək.

Qeyd edək ki, Ermənistanda sonuncu parlament seçkiləri 2017-ci ildə keçirilib, ardınca isə 2018 və 2021-ci illərdə növbədənkənar seçkilər təşkil olunub.

Gülbəniz Səfərova


Bənzər xəbərlər