Ermənistanda Təhlükəsizlik Xidməti Gümrü merinin evinə basqın edib - VİDEO
Ermənistanda Gümrü şəhərinin yeni seçilmiş meri, Ermənistan Kommunist Partiyasının nümayəndəsi Vardan Qukasyanın evinə Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən basqın edilib.
Patrulaz.az Ermənistan KİV-nə istinadla xəbər verir ki, Qukasyanın köməkçisinin sözlərinə görə, 60-70 nəfərlik xüsusi təyinatlı qrup binaya daxil olaraq bələdiyyə sədrini zorla yerə yıxaraq saxlayıb.
Hadisə zamanı bələdiyyə işçiləri merin həbsinin qarşısını almağa çalışıblar. Bu isə böyük qarşıdurma yaradıb və binaya çoxsaylı polis qüvvələri cəlb olunub.
Məlumata görə, qanunsuzluqdan hiddətlənən yüzlərlə sakin meriyanın binası qarşısında toplaşaraq etiraz aksiyası keçirib.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi isə açıqlama yayaraq bildirib ki, cinayət işi çərçivəsində Gümrü meriyasında istintaq tədbirləri davam etdirilir.
Gülbəniz Səfərova






