media-inshot_20251007_113317137

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkədə ilk parlament seçkiləri keçirilib.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, ilkin nəticələrə əsasən, yeni parlamentdə altı qadın yer qazanıb. Seçki komissiyasının məlumatına görə, ümumilikdə 1500 namizədin təxminən 14 faizini qadınlar təşkil edib.

Bundan əlavə, parlamentdəki on yer dini və etnik azlıqların nümayəndələrinə – kürdlərə, xristianlara və devrilmiş Əsədin mənsub olduğu iki ələvi qruplaşmasına ayrılıb.

Yeni parlament daimi konstitusiya qəbul edilənə və ümumi prezident seçkiləri keçirilənədək fəaliyyət göstərəcək.

Xatırladaq ki, 2024-cü il dekabrın 8-də Bəşər Əsədin rəhbərlik etdiyi Suriya Ərəb Respublikası hökuməti Təhrir əl-Şam qruplaşmasının başçılıq etdiyi Suriya müxalifətinin irimiqyaslı hücumları nəticəsində süqut edib. Onun yerinə 2025-ci il yanvarın 29-dan Əhməd əş-Şaraa (Əbu Məhəmməd əl-Colani) rəhbərlik edir.


Bənzər xəbərlər