Evdən və tikinti materialları satılan mağazadan oğurluq edən iki nəfər saxlanılıb
Xəzər rayonu ərazisində yerləşən evlərdən birindən naqil və məişət əşyaları oğurlanıb.
DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 44 yaşlı E.Əliyev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Yasamal rayonu ərazisində yerləşən tikinti materialları satılan mağazadan oğurluq etməkdə şübhəli bilinən 54 yaşlı A.İsmayılov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.






