media-inshot_20251006_125436155

Çinin Tibet Muxtar Bölgəsində yerləşən Everest dağının şərq yamacında baş verən güclü qar fırtınası nəticəsində 1000-ə yaxın alpinist və turist düşərgələrdə köməksiz vəziyyətdə qalıb.

Patrulaz.az xarici KİV-ə istinadla xəbər verir ki, xilasetmə əməliyyatına cəlb edilən xilasedici qüvvələr dağa qalxarkən dəhşətli mənzərə ilə qarşılaşıblar. Məlumata görə, onlar donmuş cəsədlər arasında hərəkət etmək məcburiyyətində qalıblar.

Hadisə yerindən yayılan görüntülərdə xilasetmə qruplarının çətin şəraitdə, qarla örtülmüş ərazidə irəlilədiyi və çadırlardan bəzilərinin tamamilə dağıldığı əks olunur.

Çinin “Mavi Göy Xilasetmə” komandası bildirir ki, bölgədə güclü qar və şaxta səbəbindən bir çox alpinist hipotermiyadan əziyyət çəkir. Bəzi turistlərin xilas edildiyi açıqlansa da, axtarış-xilasetmə əməliyyatları hələ də davam edir.

Qeyd edək ki, Çinin cənub və cənub-qərb bölgələrinə yaxınlaşan Matmo qasırğası səbəbindən ölkədə fövqəladə vəziyyət elan olunub.

media-everest-dagi-nda-bin-kisi-mahsur-kaldi-ekipler-19119063_531_m

Gülbəniz Səfərova


Bənzər xəbərlər