Əxlaqsızlığa cəlb olunan qızlar, itkin uşaqlar, naməlum rituallar - “Epşteyn” kimdir?
Sosial şəbəkələrdə tez-tez rastlaşdığımız azyaşlı qızların sansörlü görüntülərini əks etdirən paylaşımların arxasında duran şəxs ABŞ tarixinin ən qalmaqallı cinsi istismar işlərindən biri ilə yadda qalan maliyyəçi Ceffri Epşteyndir.
Patrul.az-ın araşdırmasına görə, Epşteyn 1953-cü ildə Amerkanın Nyu-York şəhərində anadan olub. O, uzun illər maliyyəçi və investor kimi tanınıb. Lakin sonradan onun azyaşlılara qarşı cinsi zorakılıq, insan alveri və fahişəlik şəbəkəsinin yaradılması kimi ağır cinayətlərdə ittiham olunduğu üzə çıxıb. Milyarder Epişteyn 2019-cu ildə həbsxanada vəfat edib. Bu cür adamın həyatının ən təəccüblü tərəfi isə karyerasına müəllim kimi başlamasıdır. O, 1976-cı ildə müəllim kimi işlədiyi məktəbdən də qovulub. Hərşey elə bu vaxtdan başlayıb. Epşteyn bundan sonra bank və maliyyə sektoruna işləməyə başlayıb.
Böyük sərvət toplayan Epşteyn, yüksək gəlirli maliyyə əməliyyatları hesabına nüfuzlu sosial dairə formalaşdırıb. İstintaq materiallarına əsasən, o, bu nüfuzdan istifadə edərək illər ərzində çoxsaylı yetkinlik yaşına çatmayan qızları cinsi istismara cəlb edib.
Hər cinayətkarın əməllərinin gec-tez ortaya çıxması kimi, Epşteynin azyaşlılara qarşı hərəkətləri 2005-ci ildə bir valideynin 14 yaşlı qızına edilən cinsi zorakılığı polisə etiraf etməsi ilə üzə çıxıb. Bu etirafdan sonra barəsində araşdırmalara başlanılıb və işin yalnız bir qızla məhdudlaşmadığı, bir çox azyaşlının da cinayətlərin qurbanı olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı azı 36 azyaşlı qızın cinsi istismara məruz qaldığı müəyyən olunub. 2008-ci ildə Florida məhkəməsi Epşteynin etirafı əsasında uşaqları fahişəliyə cəlb etməsinə görə azadlıqdan məhrum edilib. Lakin bu qədər qurbanın zorakılığı nəzərə alınmadan cinayətkar Epşteyn 13 aydan sonra azadlığa buraxılmışdır.
Öz çirkin əməllərini davam etdirən Epşteyn 6 iyul 2019-cu ildə yenidən Florida və Nyu-Yorkda yetkinlik yaşına çatmayanların cinsi istismarı ittihamı ilə həbs olunub. 10 avqustda isə Nyu-York həbsxanasında məhkəməni gözləyərkən öz çarşafı ilə asılı vəziyyətdə tapılıb. Onun intihar edib-etmədiyi, yoxsa öldürüldüyü ilə bağlı şübhələr yaranıb, çünki həmin gün onu izləyən iki kamerada da nasazlıq olub. Onun ölümünün intihar və yaxud da qətl hadisəsi olduğunu müəyyən etmək məqəsdilə cəsədi yarılıb. Beləliklə onun intihardan öldüyü sübuta yetirilib. Epşteyn 5 sentyabr 2019-cu ildə Florida ştatındakı qəbirstanlıqda valideynlərinin məzarının yanında, üzərində heç bir işarə olmadan dəfn edilib. Onun bədnam əməllərinə görə valideynlərinin adları da məzar daşından silinib.
Ölümündən sonra ona qarşı irəli sürülən bütün ittihamlar ləğv edilib, lakin istintaq onunla əlaqədə olan şəxslər üzərində davam etdirilib. Bu çərçivədə Epşteynin yaxın əməkdaşlarından biri, model agenti Jean-Luc Brunel, 2020-ci ildə Fransa hüquq-mühafizə orqanları tərəfindən oxşar ittihamlarla həbs olunub. Brunel 2022-ci ildə həbsxanada ölü tapılıb və rəsmi versiyaya görə o da intihar edib.
Epşteynin öldürülməsindən şübhələnən və həmin vaxt ABŞ prezidentliyinin birinci dövründə olan Donald Tramp da, bu hadisənin dəqiq araşdırılmasını tələb edib və onun ölümündə Bill Klinton və keçmiş ABŞ dövlət katibi Hillari Klintonın da adı hallandığı iddialarını qeyd edib.
Epşteyn işi çərçivəsində adı hallanan siyasətçilər arasında sabiq ABŞ Prezidenti Bill Klinton, Böyük Britaniyanın keçmiş şahzadəsi Endryu və İsrailin sabiq baş naziri Ehud Barak yer alıb.
Araşdırmalar Epşteyn cinayətində tükürpədici faktların olduğunu da ortaya qoyub. Mərhələli şəkildə açıqlanan sənədlər son illərdə, naməlum bir qadının “insan əti yedilər” qışqırığını əks etdirən videosunun yayılması ilə yenidən gündəmə gəlib. Sözügedən video 2009-cu ilə aiddir və videodakı qadın 21 yaşlı Qabriela Ricodur. O, bu etirafından sonra saxlanılmış və sonrakı həyatı barədə də məlumat əldə olunmamışdır.
Bəzi beynəlxalq mənbələr və sosial mediada yayılan iddialara görə, Ceffri Epşteyn işi təkcə azyaşlı qızlara qarşı cinsi istismarla məhdudlaşmayıb. İddialarda həmçinin fahişəliyə cəlb edilən qadınların müxtəlif zorakılıqlara məruz qalması, azyaşlılara qarşı qeyri-insani rəftarın mövcudluğu, (onların ətinin yeyilməsi), eləcə də bəzi uşaqların üzərində qanunsuz tibbi və bioloji sınaqlar aparıldığı, onların bilinməyən rituallarla qurban edildiyi ehtimalları yer alır.
Yuxarıda qeyd olunanlardan bəziləri məşhur şəxslərin çıxışı zamanı da dildən qaçırılıb. Belə ki, amerikalı yazıçı Barbara Marx Hubbardın illər əvvəl etdiyi çıxışında “yədiyimiz körpələr” ifadəsini işlətməsi Epşteyn işinin ifşasından sonra məşhur şəxslərin rituallara qatılması ilə bağlı yayılan iddialar fonunda yenidən gündəmə gəlib. Hubbardın sözləri uzun illər boyunca insanlar tərəfindən “konspirasiya nəzəriyyəsi” kimi qiymətləndirilən bu mövzuların bir hissəsinin ictimaiyyətin diqqətinə çatmasına səbəb olub.
Epsteyn cinayətinin araşdırması üzrə digər bir fakt onun Karib dənizində, ABŞ Virgin adalarında “Little Saint James” adlı adanı alması olub. Maraqlısı odur ki, həmin vaxtlarda Epşteynin şəxsi mülkiyyəti olan bu adaya hüquq-mühafizə orqanları belə icazəsiz daxil ola bilməyib. Araşdırmaya görə, adada Epşteynin azyaşlı və gənc qadınları cinsi istismara cəlb etdiyi yerlər də olub. Orada həmçinin məxfi rituallar, partiyalar və iddialara görə qeyri-qanuni fəaliyyətlər təşkil olunub. Adaya bəzi siyasət adamlarının də gəldiyi, hətta başqa ölkələrdən də uşaqların gətirildiyi iddia olunur. Hava nəqliyyat kontrollarının bildirdiyinə görə, Epşteyn çox vaxt bu adaya özünəməxsus təyyarəsi ilə uşaqlarla birlikdə gəlib. Bir sözlə, Epşteyn cinayət əməllərini rahatlıqla törətmək üçün bu adadan istifadə edibmiş…
Hətta Türkiyə hökuməti də bəzi türkiyəli uşaqların bu adaya gətirilməsi ilə bağlı istintaq da başladıb.
Qeyd edək ki, Epşteyinin cinayət sənədlərindən yalnız 7,98 %-i mediaya açıqlanıb. Bu isə o deməkdir ki, Epşteyn cinayətindən bizə məlum olanlardan heç yarısını belə bilmirik…
Araşdırmanın müəllifi – Gülbəniz Səfərova






