"F-35-i iPhone kimi sındırmaq olar" - Hollandiya ABŞ-ni təhdid etdi
Hollandiya hökuməti ABŞ-ni təhdid edib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, Hollandiyanın müdafiə naziri Gijs Tuinman F-35 qırıcı təyyarələrinin proqram təminatının haker hücumuna məruz qala biləcəyini bildirib.
“Deməməli olduğum bir şeyi deyəcəyəm. Əgər yeniləmə etmək istəsəniz, iPhone kimi F-35 təyyarəsini də ‘jailbreak’ etmək mümkündür”, – deyə o qeyd edib.
Məlumata görə, bu üsul istehsalçı məhdudiyyətlərini aradan qaldırmağa və üçüncü tərəf proqram təminatı quraşdırmağa imkan verir.
Qeyd olunur ki, F-35-lər ALIS və ODIN sistemləri vasitəsilə ABŞ-dəki şəbəkələrə bağlıdır. Yalnız İsrail bu sistemdən ayrılaraq öz proqram təminatını quraşdıra bilir.
Mütəxəssislər isə bildirir ki, proqram təminatının sındırılması təyyarələri tam müstəqil etmir. Çünki onlar ehtiyat hissələri və texniki xidmət baxımından ABŞ-dən asılıdır.






