Film kimi sui-qəsd: Bu ölkədə parlament namizədi avtomobilinə quraşdırılmış bomba ilə öldürüldü
İraqda qarşıdan gələn parlament seçkilərinə namizəd olan Səfa əl-Məşhədani sui-qəsd edilib.
Patrulaz.az “ISNA”ya istinadən xəbər verir ki, Bağdad Əyalət Şurasının üzvü və sünni blokunun namizədi olan əl-Məşhədani oktyabrın 15-i səhər saatlarında evindən bir neçə kilometr aralıda avtomobilinə quraşdırılmış bombanın partlaması nəticəsində həlak olub.
Məlumata görə, ona daha əvvəl də sui-qəsd edilib, lakn o sağ çıxmağı bacarıb.







