Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramı günüdür
Bu gün ölkəmizdə təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayan Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının peşə bayramı qeyd olunur. FHN işçiləri fövqəladə halların qarşısının alınması, əhalinin və ərazilərin mühafizəsi, eləcə də xilasetmə tədbirlərinin operativ şəkildə həyata keçirilməsi istiqamətində böyük fədakarlıq nümayiş etdirirlər.
Çətin və riskli şəraitdə xidmət aparan bu peşə sahibləri öz peşəkarlıqları, cəsarətləri və məsuliyyətləri ilə daim vətəndaşların etimadını qazanıblar.
Peşə bayramı münasibətilə bütün Fövqəladə Hallar Nazirliyi əməkdaşlarını təbrik edir, onlara sağlamlıq, təhlükəsiz xidmət və uğurlar arzulayırıq.
Patrul.az






