Fransada pişiyə qonşusunun yorğanını çirkləndirdiyi üçün “ev hapsi” verildi - FOTO
Fransada qeyri-adi və bir qədər də mübahisəli hadisə məhkəməlik vəziyyətə səbəb olub. Məlumata görə, “Remi” adlı pişik qonşusuna məxsus yorğana sidik etdiyi üçün məsələ hüquqi müstəviyə daşınıb və məhkəmə heyvanın davranışına görə qərar çıxarıb.
Patrul.az xarici mediaya istinadən xəbər verir ki, qərara əsasən, pişik Remi müəyyən müddət ərzində evdən kənara buraxılmamalı və sahibinin nəzarəti altında saxlanılmalıdır. Bu qərar tərəflər arasında yaranmış narazılığın qarşısını almaq və oxşar halların təkrarlanmamasını təmin etmək məqsədi daşıyır.
Hadisə Fransada ictimaiyyətin və sosial medianın diqqətini çəkib, çoxları qərarı həm qeyri-adi, həm də presedent xarakterli kimi qiymətləndirir. Məsələnin tərəflər arasında tam həllinin necə olacağı isə yaxın günlərdə bəlli olacaq.







