media-inshot_20260327_130613533

Gəncəyə yağan güclü yağış fəsadlara səbəb olub.

Patrul.az xəbər verir ki, bu gün səhər saatlarından yağmağa başlayan yağışdan sonra şəhərin Məhsəti qəsəbəsində bir neçə küçədən sel suları keçib. Sel suları sakinlərin və avtomobillərin gediş gəlişinə çətinliklər yaradıb.

Qəsəbə sakinləri bildiriblər ki, hər dəfə yağış yağanda bu problemlə üzləşirlər. Onlar problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara məlumat veriblər. Sakinlər onu da qeyd ediblər ki, sel suları bir neçə evin zirzəmisinə də dolub.

Hazırda Gəncə şəhərində və qərb bölgəsində yağıntılı hava şəraiti davam edir. (APA)

media-vlcabpskqgrprwubdd2fjfpa1yzxhzllgsfvuzsp_640 media-rbmnoz6dxxlxsaqtco5gxmeqqdqmnkw7yah094bo_640 media-czjlax8chqscy3sp607kgesdz0bxsh0baqs9dp4y_640 media-ubfgkilwx2m835q4nbel9ycwizzzquf3mjzsgq6y_640 media-zx8ozuqmfcn2nxkieu9afqvbwg7bmgu2rcmmrbn8_640 media-fprbwmyjubpanuh9ltjmkcwdjquwy32jkyv4gk7m_640


Bənzər xəbərlər