media-inshot_20260401_091624510

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib.

Patrul.az xəbər verir ki, taxta konstruksiyadan ibarət ikimərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən mənzildə yanğın qeydə alınıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 40 kvadratmetr olan mənzil əşyaları ilə birlikdə tam yanıb. Alov qısa müddətdə söndürülüb və binanın digər hissəsi mühafizə olunub.

Bina sakinləri və yanğın baş verən mənzilin sakinləri təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

media-1775019713_69cc9b7aa578e69cc9b7aa578f177501682669cc9b7aa578b69cc9b7aa578c media-1775019638_69cca3acdd95369cca3acdd954177501892469cca3acdd95169cca3acdd952 media-1775019671_69cca3ad2517e69cca3ad2517f177501892469cca3ad2517b69cca3ad2517c media-1775019680_69cca3ad8ff9569cca3ad8ff96177501892469cca3ad8ff9269cca3ad8ff93 media-1775019669_69cca3adc408069cca3adc4081177501892469cca3adc407e69cca3adc407f media-1775019637_69cca3ad5b30269cca3ad5b303177501892469cca3ad5b2ff69cca3ad5b300


Bənzər xəbərlər