media-2c0cf30b-165a-4cbe-84b8-bcee91b5f03a

“Gənclik Mall” ilə üzbəüz avtobusların hərəkəti üçün nəzərdə tutulmuş zolaq bəzi şəxslər tərəfindən zəbt edilərək, ödənişli dayanacaq kimi istifadə edilir.

Patrulaz.az-ın məlumatına görə, sürücülərdən 1 saat üçün 2 AZN tələb olunur, bu isə nə rəsmi park xidməti, nə də qanuni əsaslara söykənən bir tətbiqdir.
Bu vəziyyət sürücülərə əlavə maliyyə yükü yaratmaqla yanaşı, eyni zamanda ictimai nəqliyyata da ciddi maneə törədir. Avtobuslar dayanacaq ərazisinə daxil olmaq üçün qayda pozuntusu etmək məcburiyyətində qalırlar.
Müvafiq qurumların bu qanunsuzluğa qarşı tədbir görməsi və avtobus dayanacağı ərazisinin öz funksiyasına qaytarılması vacibdir!


Bənzər xəbərlər