"Gerçək kimi təqdim edilən fotolar.." - "Google"un baş direktoru süni intellektin ən böyük kabusundan danışdı
“Google”un CEO-su süni intellektlə bağlı narahatlığını dilə gətirib.
Patrul.az xarici KİV-ə istinadla xəbər verir ki, “Google” şirkətinin baş icraçı direktoru Sundar Piçai sünii intellektin həm böyük potensiala, həm də ciddi risklərə malik olduğunu bildirib.
Pichainin sözlərinə görə, süni intellekt texnologiyası həyatın müxtəlif sahələrində inqilabi dəyişikliklər yaratsa da, onun cinayətkar qruplar tərəfindən sui-istifadə edilməsi təhlükəni artırır. O xüsusilə saxta və reala yaxın görünən AI görüntülərinin insanları aldatmaq üçün geniş şəkildə istifadə olunmasının əsas narahatlıq mənbəyinə çevrildiyini qeyd edib.
“AI vasitəsilə yaradılan, amma gerçək kimi təqdim edilən fotolar cəmiyyətdə çaşqınlıq yaradır və bu, süni intellektin ən böyük kabuslarından biridir”, – deyə Pichai vurğulayıb.
Bununla yanaşı, o süni intellektin müsbət tərəflərinə də diqqət çəkərək bildirib ki, texnologiya gələcəkdə tibb sahəsində böyük irəliləyişlərə imkan yaradacaq:
“AI kimi güclü texnologiya ilə görə biləcəyimiz çoxlu faydalar var. Bir gün bu, yeni dərmanların kəşfinə və xərçəng üçün daha effektiv müalicələrin hazırlanmasına kömək edəcək”.
Gülbəniz Səfərova






