Goranboy rayonunda baxımsız vəziyyətdə qalan bəzi küçələr zibilliyə çevrilib - VİDEO
Goranboy rayonunda baxımsız vəziyyətdə qalan bəzi küçələr zibilliyə çevrilib.
Patrulaz.az-ın məlumatına görə, rayonun Qatır Məmməd küçəsində nə zibil konteynerlərinin, nə də ərazinin təmizliyinə nəzarət edən şəxslərin olmaması sakinlərin yaşayış şəraitini çətinləşdirib.
Sakinlər bildirirlər ki, dəfələrlə şikayət etsələr də, problemə heç bir rəsmi reaksiya verilməyib.
“Qatır Məmməd küçəsi “Balaxanı zibilliyi”nə çevrilib. Küçədə gəzmək mümkün deyil, hər yerdə tullantılar var. Aidiyyəti qurumlar dərhal tədbir görməlidir”, – deyə sakinlərdən biri bildirib.
Sakinlər əraziyə zibil konteynerlərinin yerləşdirilməsini və küçənin təmizliyinə mütəmadi olaraq nəzarət edilməsini xahiş edirlər.






