media-img_7967

Bu gün AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür. Sözügedən hadisə Azərbaycan Respublikasının mülki aviasiya tarixində ağır faciə kimi yadda qalıb.

Qəza nəticəsində həyatını itirən ekipaj üzvləri və sərnişinlər ölkə ictimaiyyətində dərin kədər hissi doğurub. Hadisədən dərhal sonra aidiyyəti dövlət qurumları tərəfindən araşdırmalara başlanılıb, zərərçəkmiş ailələrə müvafiq sosial və hüquqi dəstək tədbirləri həyata keçirilib.

Bir il ərzində qəzanın səbəblərinin müəyyənləşdirilməsi, aviasiya təhlükəsizliyinin daha da gücləndirilməsi və oxşar halların qarşısının alınması məqsədilə zəruri tədbirlər görülüb.

Faciə nəticəsində həlak olan şəxslərin xatirəsi ehtiramla anılır. Onların xatirəsi Azərbaycan cəmiyyətinin yaddaşında daim yaşayacaq.

Patrul.az


Bənzər xəbərlər