media-inshot_20260401_130741600

Nizami rayonunda gözəllik salonlarının birindən məişət əşyalarının talanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotik və oğurluqla əlaqəli cinayətlərə görə məhkum olunmuş 33 yaşlı M.Məmmədrəhimov müəyyən edilərək saxlanılıb.

Nəsimi rayonu ərazisində isə dələduzluq, eləcə də marketlərdən oğurluq etməkdə şübhəli bilinən 28 yaşlı E.Alıyev, 32 yaşlı A.Manafov, 48 yaşlı R.Nəsirov və 57 M.Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.


Bənzər xəbərlər