Güclü yağış bu ərazidə yolun bağlanmasına səbəb oldu
Goranboyda güclü leysan yol infrastrukturuna ziyan vurub.
Patrulaz.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, leysan yağışları Goranboy – Aşağı Ağcakənd avtomobil yolunun Aşağı Ağcakənd qəsəbəsindən keçən hissəsində qum və çınqıl axıntısına səbəb olub. Nəticədə yolun bir hissəsi bağlanaraq nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Məsələ ilə bağlı dərhal tədbir görülüb. Goranboy Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən əraziyə baxış keçirilib və texnika cəlb olunmaqla yolda bərpa işlərinə başlanılıb.






