media-f8c591a9-9d99-4ac2-8fd4-d3057b059182

İlon Mask Yerin nə vaxtsa Günəş tərəfindən məhv ediləcəyini və buna görə də Marsa köçməyin vacibliyini vurğulayaraq açıqlama verib.

Patrulaz.az “The New York Times”a istinadən xəbər verir ki, SpaceX-in qurucusu İlon Mask bəşəriyyətin sağ qalması üçün Marsda sivilizasiya qurulmasının zəruriliyini vurğulayıb. O, Günəşin genişlənməsi nəticəsində Yerin bir gün yaşanılmaz hala gələcəyini bildirib.

“Əgər Yerdən gələn təchizat gəmiləri hər hansı səbəbdən dayanarsa və Mars özü-özünü təmin edə bilməzsə, deməli, biz həyat sığortamızı yaratmamışıq”, – deyə Musk sosial şəbəkələrdə yayılan bir klipdə xəbərdarlıq edib.

O əlavə edib ki, bu təşəbbüs sadəcə səfərlər deyil, orada daimi, müstəqil həyat qurmaq məqsədi daşıyır.

Mask Marsdakı ilk şəhərin “Terminus” adlandırıla biləcəyini də açıqlayıb.

Qeyd edək ki, İlon Maskın rəhbərlik etdiyi SpaceX Mars koloniyasının yaradılması istiqamətində fəaliyyətini sürətləndirib. Şirkət günbəz tipli yaşayış yerləri, xüsusi skafandrlar, tibbi və bioloji adaptasiya problemlərinin həlli üzərində işləyir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər