Hacıqabulda 3 kiloqrama yaxın marixuana ilə tutulan şəxs saxlanıldı
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 30 yaşlı Murad Səmədov saxlanılıb.
DİN-in Mətbuat Xidmətindən Patrul.az-a verilən məlumata görə, ondan 3 kiloqrama yaxın narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.






