media-638d7a1d-717c-483a-9a7e-2e958979fe24

Amerikada olduqca maraqlı bir hadisə baş verib. 

Patrulaz.az xarici mənbəyə istinadən xəbər verir ki, hamilə xəbər aparıcısı Oliviya Jakvit doğum sancıları başlamasına baxmayaraq, canlı efirə çıxmaqda israr edib.
CBS-ə bağlı WRGB kanalında çalışan Jakvit, səhər xəbər proqramını təqdim etməyə hazırlaşdığı anda suyunun gəldiyini hiss edib. Lakin xəstəxanaya getmək əvəzinə, masa arxasında əyləşərək xəbərləri təqdim etməyə qərar verib.
Onunla birlikdə efirdə olan aparıcı Culiya Dann canlı yayımda vəziyyəti belə izah edib: “Bu səhər həqiqətən son dəqiqə xəbərimiz var. Oliviyanın suyu gəlib və o indi doğum sancıları içində xəbərləri təqdim edir.”
Jakvit isə sakit tərzdə belə cavab verib: “Hələ erkən sancılardır, bir neçə dəqiqə əvvəl spazm yaşadım, amma indi özümü yaxşı hiss edirəm. Əlimdən gəldiyi qədər burada qalmağa davam edəcəyəm.” Ekranda isə Oliviyanın təxmini doğum tarixinin 2 gün keçdiyi qeyd olunub.
Efirdən sonra Culiya Dann hadisəni Facebook-da paylaşaraq “Bu, 1 Aprel zarafatı deyil. Oliviyanın suyu xəbər otağında gəldi!” sözləri ilə izləyicilərlə bölüşüb. Kameraya dönən Jakvit isə gülərək belə deyib: “Bu mənim ilk hamiləliyimdir, nə edəcəyimi bilmirəm. Dünən işdə olarkən sancılar başlamışdı, amma əhəmiyyət vermədim. Bu səhər tualetə getmək üçün qalxdığımda suyun gəldiyini anladım”.
İş yoldaşları onu xəstəxanaya getməyə razı salmağa çalışsa da, Jakvit işinə davam etməyi üstün tutub. Kanal rəhbərliyi hadisə ilə bağlı belə bir açıqlama verib: “Oliviyanın hekayə anlatmaq ehtirası və tamaşaçılarımıza bağlılığı hər zaman aydın olub. Ən kiçik yeni üzvümüzü qarşılayacağımız üçün sevincliyik.”
Əri Tayn ilə birlikdə oğlan övladı gözləyən Oliviya Jakvit, hamiləliyini bu ilin fevralında bacısı ilə birlikdə Disney yarı marafonunda iştirak etdikdən sonra elan etmişdi.
Bu hadisə televiziya tarixinin ən qeyri-adi canlı yayım anlarından biri kimi yadda qalıb.

Ləman Sərraf


Bənzər xəbərlər