Hansı yaşda siqareti atmaq daha yaxşıdır? ARAŞDIRMA
Siqareti tərgitmək üçün “gec” sayılan yaş yoxdur, amma nə qədər tez olsa, bədən bir o qədər tez sağalır.
Bəs siqareti hansı yaşda tərgitmək daha yaxşıdır?
Patrul.az-ın araşdırmasına görə həkimlər 20–30 yaş aralığında siqareti atmağın ağciyərlərin və damarların bərpası üçün ən ideal dövr olduğunu bildirirlər.
Tədqiqatlara əsasən, 30 yaşında siqareti tərgidən şəxslərdə siqareti davam etdirənlərlə müqayisədə vaxtından əvvəl ölüm riski 90 faiz azalır.
40 yaşda tərgitmək də gec deyil, bu halda da orqanizmdə yaranan zərərin yarısı bərpa oluna bilir.
Siqareti atdıqdan cəmi bir gün sonra bədəndə oksigen səviyyəsi artır, bir il sonra isə ürək-damar sistemi özünü yeniləməyə başlayır.
Yəni bədən ikinci şansa həmişə hazırdır, sadəcə qərar vermək lazımdır.
Psixoloji baxımdan siqareti atmaq üçün ən doğru an istədiyin andır, çünki məcburiyyətlə deyil, motivasiya ilə edilən dəyişikliklər daha qalıcı olur.
Siqareti tərgitmək üçün sabahı gözləməyə dəyməz, bədən bu gündən sağalmağa hazırdır.
Hər yaşda mümkündür, amma ən yaxşısı indidir.
Çünki siqaretsiz həyat təkcə daha uzun deyil, həm də daha rahat nəfəs almaq deməkdir.
Ləman Əlizadə






